Modern.az

Zöhrəvi xəstəliklərdən əziyyət çəkənlər sağalanadək nikaha girməsinlər - TƏKLİF

Zöhrəvi xəstəliklərdən əziyyət çəkənlər sağalanadək nikaha girməsinlər - TƏKLİF

Hadisə

30 Sentyabr 2016, 13:52

2015-ci ilin avqustundan 2016-cı ilin sentyabrına qədər nikahdan əvvəl tibbi müayinədən 186 min 564 nəfər keçib. Onlardan təqribən 9 min talassemiya, 695 siflis və 125 HİV-yoluxma xəstəliyinin daşıyıcılarıdır.

 
Modern.az-ın xəbərinə görə,, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Elmira Axundova deyib.

Deputat deyib ki, bu rəqəmlərdən aşağıdakı nəticələrə gəlmək olar:


“Birincisi, belə bir şübhələr var idi ki, yeni evlənənlərin xahişi əsasında həkimlər təhlükəli məlumatı gizləyəcəklər. Görürük ki, həkimlər cütlükləri bir-birinin sağlıq vəziyyəti barədə məlumatlandırmaq üçün əllərindən gələni edirlər. Bundan əlavə, onlar bu xoşagəlməz məlumatı ictimailəşdirirlər ki, bizlər lazımi tədbirləri görə bilək.

İkincisi, gənclərin sağlamlıq vəziyyəti ilə bağlı xüsusilə talassemiya və zöhrəvi xəstəliklər sahəsində xoşagəlməz mənzərə yaranıb. Vəziyyət hətta təsəvvür edə biləcəyimizdən də ciddidir. Bu mənzərənin yaranması ilə əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir.

Mənim təkliflərim ondan ibarətdir ki, Qeydiyyat Şöbələrinə, yəni ZAQS-lara səlahiyyət verək ki, onlar gəncləri ixtisaslaşmış tibb müəssisələrinə məcburi müalicəyə göndərsinlər, zöhrəvi xəstəliklər olduqda isə xəstəlik tam sağalana qədər nikaha daxil olmağı qadağan etsinlər. SPİD və talassemiyaya gəldikdə isə xəstə uşaqların doğulması, digər tərəfin sifilisə yoluxması təhlükələri və bu xəstəliyin ağrıları barədə nikaha girənlər ətraflı xəbərdar edilməlidirlər.

Əlbəttə, bütün cütlüklər öz seçimlərində sərbəstdirlər, amma mənim fikrimcə cütlüklərlə daha ixtisaslı və israrlı söhbət aparılmalıdır, lazımdısa bu söhbətlərə onların valideynlərini və həkimləri cəlb etmək gərəklidir. Başa düşmək lazımdı ki, söhbət gələcək nəsillərin sağlamlığından gedir, buna görə də lazımi tədbirlər nikaha girənə qədər görülməlidir, sadəcə bəy və gəlinin xəstəliyi faktını müəyyən etməklə kifayətlənmək olmaz. Əks halda bizdə xəstə əlil uşaqların sayı həndəsi silsilə üzrə artacaq”.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!