Modern.az

"Milli Qəhrəmanlar və onların ailələrinin növbədənkənar mənzil almaq hüququ təmin edilsin"

"Milli Qəhrəmanlar və onların ailələrinin növbədənkənar mənzil almaq hüququ təmin edilsin"

Parlament

16 Fevral 2011, 17:18

«Azərbaycanda Mlli Qəhrəmanların sayı 211 nəfərdir. Yaxşı olardı ki, Milli Qəhrəmanlar və onların ailələri qanunvericiliklə növbdənkənar mənzil almaq hüququna sahib olsunlar».

Bu fikirləri parlamentin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı komitənin fevralın 16-da keçirilən iclasında çıxışı zamanı dilə gətirib. Onun sözlərinə görə, artıq vəfat etmiş müharibə əlillərinin ailələrinin mənzil təminatı ilə bağlı uzun müddətdən bəri narahatçılıq doğuran məsələ öz həllini tapıb: “Bu baxımdan, növbəti addım olaraq sayı bir o qədər də çox olmayan Milli qəhrəmanlar və onların ailələrinin mənzil təminatı ilə bağlı problemləri də qanunvericilikdə öz əksini tapsa, yaxşı olar. Son illər ölkəmizin imkanları xeyli artıb, büdcəsi genişlənib. Ona görə hesab edirəm ki, artıq Milli qəhrəmanlar və onların ailələrinin növbədənkənar mənzil təminatı hüququndan yararlanması istiqamətində addım atılması, müvafiq qanunvericilik aktına düzəlişlər edilməsi çox təqdirəlayiq olardı. Mən bu məsələnin də müsbət həll olunacağına çox ümid edirəm».

Komitənin sədri Hadi Rəcəbli M.İbrahimqızının təklifini dəstəkləyib: «Biz bu məsələni də gündəmdə saxlayacağıq. Müvafiq işçi qrumu ilə  bu məsələni müzakirə edib, onu yaxın zamanlarda müzakirəyə çıxaracağıq».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü