Modern.az

Neft Şirkətinin vitse-prezidenti “Azərsu” ASC-yə yeni sədr təyin edildi

Neft Şirkətinin vitse-prezidenti “Azərsu” ASC-yə yeni sədr təyin edildi

Ölkə

16 Fevral 2011, 18:48

Prezident İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yenu sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ölkə başçısının sərəncamı ilə Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Modern.az-ın məlumatına görə, Qorxmaz Cavanşir oğlu Hüseynov indiyədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışırdı.

Q.Hüseynov 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub, iqtisadçı-mühəndisdir. Əmək fəaliyyətinə 1989-cu ildə “Neft Daşları”ında başlayıb. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb. 2007-ci ilin dekabrında ARDNŞ-nin vitse-prezidenti vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 16-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Nizaməddin İsmayıl oğlu Rzayev tutduğu vəzifədən azad edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir