Modern.az

Siyəzəndə avtomobil aşıb: 3 nəfər xəsarət aldı

Siyəzəndə avtomobil aşıb: 3 nəfər xəsarət aldı

Hadisə

2 Oktyabr 2016, 19:51

Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumata görə, qəza Bakı-Quba yolunun 84-cü km-də qeydə alınıb.

 

“Kia Ria” markalı maşının aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regionla Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Əsədova Vəsilə Fərhad qızı, 2008-ci il təvəllüdlü Əsədi Həsən Zaur oğlu və 2005-ci il təvəllüdlü Məmmədli Şamil Eldəniz oğludur.  Qəzaya səbəb maşının təkərinin yolda olan çuxura düşərək partlaması olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü