Modern.az

Ədliyyə naziri generala ciddi tapşırıqlar verdi

Ədliyyə naziri generala ciddi tapşırıqlar verdi

Ölkə

16 Fevral 2011, 22:36

Ədliyyə Nazirliyi Penitensiar xidmətində geniş müşavirə keçirilib. Modern.az nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, Penitensiar xidmətin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbər şəxslərinin, bütün cəzaçəkmə müəssisələri rəislərinin iştirak etdiyi tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov son illər ölkə Prezidentinin göstərişləri ilə penitensiar sistemdə aparılan islahatlardan danışıb. Nazir bununla yanaşı, penitensiar sistemin fəaliyyətdə nöqsan və çatışmazlıqları nəzərə çatdırıb, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının qətiyyətlə alınması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, rejimə dönmədən əməl olunması, xidməti yoxlamalarda prinsipiallığın artırılması, ictimai nəzarətin və şəffaflığın gücləndirilməsi üzrə ciddi tapşırıqlar verib.

Həmçinin, tədbirdə məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin və təminatının yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İclasda Penitensiar xidmətin yeni təyin olunmuş rəisi - ədliyyə nazirinin müavini Mədət Quliyev kollektivə təqdim olunub. M.Quliyev çıxış edərək, göstərilmiş yüksək etimadı doğrultması, penitensiar sistemdə mütərəqqi islahatların davam etdirilməsi və mövcud nöqsanların aradan qaldırılması üçün səylərini əsirgəməyəcəyini bildirib. Xatırladaq ki, iki gün öncə Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi dəyişdirilib. General-mayor Nazim Ələkbərov işdən çıxarılıb, əvəzində indiyədək DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmiş general-mayor Mədət Quliyev bu posta gətirilib. Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır