Modern.az

Şeyxin qudası məhərrəmlik qadağasını DƏSTƏKLƏDİ

Şeyxin qudası məhərrəmlik qadağasını DƏSTƏKLƏDİ

3 Oktyabr 2016, 12:15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişiklər barədə danışıb.

 

O deyib ki, dəyişikliyə görə, Məhərrəmlik ayında dini xarakterli ayinlərin evlərdə, küçələrdə keçirilməsi yolverilməzdir.

 

“Məhərrəmlik ayında evlərdə, küçələrdə  ayinlərin keçirilməsinə qoyulan qadağa doğru addımdır. Bir şeyi dəqiq bilirəm ki, dövlət nəyi necə məsləhət bilirsə, elə də olmalıdır. Dövlətin bir çox məsələlərlə bağlı bildiklərini biz bilə bilmərik. Dövlət də xalqın firavanlığı üçün çalışır”.

 

Bunu Modern.az-a açıqlamasında  keçmiş deputat Hacı Qalib Salahzadə Mübariz Qurbanlının fikirlərinə münasibət bildirərkən deyib.

 

O bildirib ki, bəziləri dindən başqa məqsədlər üçün istifadə edir.

 

“Bir də görürsüz ki, din pərdəsi adı altında çirkli işlərlə məşğul olurlar.  Məhərrəmlik ayında dindən başqa məqsədlərlə istifadə edirlər. Bunun qarşısını almaq lazımdır, ya yox?!

 

Qalib Salahzadə Məhərrəmlik ayında dini ayinləri icra edərkən hansısa məscidə getmədiyini vurğulayıb.

 

“İbadətlə məşğul olmaq hər bir müsəlmanın işidir. Mən də istisna deyiləm. Amma, Məhərrəmlik ayında hansısa məscidə yollanıb dini ayinlər icra etmirəm. Əvvəla, bunu evimdə edirəm. Namazımı qılarkən Allahımla təmasda oluram. Bu, şəxsi məsələdir. Şərt deyil ki, məşğul olduğum ibadəti hamı bilsin. Hər kəs özü üçün ibadət edir.  İkincisi məscidə yollanmağa vaxtım olmur”.

 

Roma papası Fransiskin səfərini şərh edən eks-deputat bəzi məqamları da diqqətə çatdırıb.

 

“Dünən Roma papası Azərbaycana səfər edib. Bəzilərimiz baxıb “Roma papasıdır da, gəlib getdi” deyir. Əslində, dünya Azərbaycana baxır. Azərbaycanın tolerant mövqeyi, nüfuzunu bir az da qaldırır.  Roma papasının səfəri bütün xristian dünyası, eləcə də, digər dinlərin nümayəndələrinin marağına səbəb olub. Yəni müsəlman dövlətində bu cür görüş keçirilir. Bu, sıradan səfər deyil.

 

Eyni zamanda, bütün dinlərin daxilində ayrıseçkilik hallarına rast gəlmək mümkündür. Bir də görürsünüz ki, Avropa dövlətlərinin sülhsevər olduğunu deyirlər. İngiltərə ilə Fransa arasında 100 illik müharibə olub. Bu da tarixdir. Avropa dövlətləri hər zaman demokratiyadan danışmaqlarına baxmayaraq, öz yanlışlarını görmürlər”

 

Qeyd edək ki, Qalib Salahzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu