Modern.az

Hər əmanətçiyə +1% hədiyyə

Hər əmanətçiyə +1% hədiyyə

17 Fevral 2011, 15:43

«Unibank» Kommersiya Bankı ASC-də fevralın 17-dən əmanətlərinin müddəti 12 ay və daha çox olan bütün müştərilər üçün «Hər kəsə hədiyyə» kampaniyası başlanıb. Bu barədə Modern.az-a bankdan məlumat verilib.

Artıq Bankın «Müddətli», «Proqressiv» və «Yığım» əmanətləri üzrə bir il və ya daha çox müddətə vəsait yerləşdirən bütün müştəriləri, cari faiz dərəcələri üzrə əlavə 1% bonus alacaqlar. Nəticədə, Azərbaycan manatı və ABŞ dolları ilə müddətli depozitlər üzrə Bankın maksimal faiz dərəcəsi illik 13%-ə, Avro ilə yerləşdirilən yığım əmanətlərinə isə illik 7% çatıb. Əvvəl də olduğu kimi, bütün əmanətçilər yerləşdirdikləri depozitin 90%-i məbləğinə qədər imtiyazlı şərtlərlə kredit xəttindən istifadə edə biləcəklər. Əmanətlərin məbləğindən asılı olaraq, müştərilər həmçinin pulsuz «Visa» və «MasterCard» plastik kartlarını almaq hüququna malikdirlər.

Bundan əlavə, fevralın 17-dən «Unibank»da depozitlərin minimal məbləğinə tələblər əhəmiyyətli dərəcədə endirilib. Belə ki, «Müddətli» depoziti üzrə minimal məbləğ 500 AZN, USD və ya EUR, «Proqressiv» əmanətlər üzrə isə minimal hədd 200 AZN, USD və ya EUR-ya endirilib. «Yığım» əmanəti üzrə isə yeni şərtlər xüsusilə diqqətə layiqdir. Artıq 50 AZN, USD və ya EUR-ya sahib olan hər bir şəxs, Bankın əmanətçisi olaraq vəsaitlərini bu əmanət vasitəsilə artırmağa bilər. Bu zaman, əsas faiz dərəcəsinə bonus qismində 2%-in ödənilməsi üçün mütləq şərt - hər ay əmanətin azı 10 AZN, USD və ya EUR artırılmasıdır.

«Bizim əmanətlər – ölkədə ən etibarlı maliyyə alətlərindən biridir. Əhali bank depozitlərinə məhz öz əmanətlərinin artırılması vasitəsi kimi baxdığından, biz fərdi əmanətçilərə əvvəlkindən 1% daha çox təklif etməyə hazırıq», - deyə «Unibank» ASC-nin İdarə Heyyətinin sədr müavini Faiq Zeynalov bildirib. Onun sözlərinə görə, bu kampaniyada “Unibank”ın başlıca vəzifəsi təkcə vəsaitlərin cəlb edilməsi deyil, həm də onların sərfəli sərmayəsidir.

Xatırladaq ki, «Unibank» 2007-ci il iyulun 30-dan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür (ADIF). Son bir il ərzində Bankın fərdi əmanətlər portfelinin həcmi 25% artaraq 118 milyon manata çatıb. Bu zaman, depozitlərin sığortalanması şərtlərinə uyğun gələn əmanətçilərin sayı 20 min nəfərdən çox artıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?