Modern.az

Allahşükür Paşazadə harada nə geyinir? - MARAQLI

Allahşükür Paşazadə harada nə geyinir? - MARAQLI

Hadisə

6 Oktyabr 2016, 11:09

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin müxtəlif tədbirlərdə iştirakı zamanı geyimləri fərqli olur. Məsələn, şeyx həzrətləri rəsmi tədbirlərdə əba və çalma papaqla göründüyü halda, adi günlərdə dindarlara xas geyimlə ictimaiyyət arasına çıxır.

 

Maraqlıdır, şeyx bu geyimləri öz istəyinə uyğunmu seçir, yoxsa QMİ-nin daxili qanunları iləmi?

 

Məsələ ilə bağlı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-a açıqlama verib. O qeyd edib ki, Şeyxin geyimi ilə bağlı xüsusi inzibati sərəncam, əmr yoxdur:

 

“Hacı Allahşükür Paşazadənin rəsmi qəbullarda, görüşlərdə çalmalı, əbalı geyimi şeyxülislamlara xas geyimdir. Şeyxülislamların geyim forması məlumdur. Bunun üçün interaktiv lazım deyil ki, geyimi necə olmalıdır. Ona görə də, Şeyx həzrətləri bütün rəsmi qəbullarda şeyxülislamların geyim formasında - başında çalma və əba ilə olur”.

 

R.Dadaşova deyib ki, A.Paşazadə adi günlərdə vahid geyim formasından istifadə edir:

 

“Bildiyiniz kimi dindarların vahid geyim forması var. Şeyx həzrətləri də adi günlərdə ümumi din xadimlərinin vahid geyim formasından istifadə edir. O stildə, geyim formasında da ictimaiyyət arasına çıxır. Bundan ötrü xüsusi qayda-qanun tərtib olunmayıb”.

 

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür