Modern.az

Turizim İnustitutunda məzunların 40 faizi diplom ala bilməyib

Turizim İnustitutunda məzunların 40 faizi diplom ala bilməyib

Ölkə

18 Fevral 2011, 11:07

“Azərbaycan Turizim İnstitutunun ilk buraxılışının 40%-i diplom ala bilməyib. Diplom ala bilməyən tələbələrə isə şans veriləcək ki, dövlət imtahanında yenidən  iştirak etsinlər”.

Bu sözləri Azərbaycan Turizim İnistitutunun rektoru Cəfər Cəfərov Modern.az saytına açıqlamasında deyib. Onun sözlərinə görə, institutun ilk buraxılışı 200 nəfər olsa da, cəmi 74 nəfər diplom ala bilib: “İlk buraxılışımız 200 nəfər idi. Bunlardan 75 nəfər qiyabi təhsil alanlardır, onlar hələ təhsillərini başa vurmayıblar”.

Rektor deyib ki, bu tələbələrdən biri universitetdən xariç olunub: “124 nəfər buraxılış imtahanında iştirak etməli idi. “Kəsilən” tələbələrin bir qismi kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıblar. Digər bir hissəsi isə imtahan prosesindən kəsilib. Diplom ala bilməyən tələbələrin əksəriyyəti hazırda hərbi xidmətdədir. Hərbi xidmətdən qayıtdıqdan sonra tələbələrə imkan yaradılacaq ki, növbəti dəfə imtahanda iştirak etsinlər”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı