Modern.az

Dövlət Statistika Komitəsi də "qara siyahı"sını açıqladı

Dövlət Statistika Komitəsi də "qara siyahı"sını açıqladı

18 Fevral 2011, 11:41


Modern.az
xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) bəyan edib ki, kütləvi informasiya vasitələrində dövlət qulluqçularının etik davranış qaydalarının pozulması haqqında son günlər yayılan məlumatda DSK-nın adı hallanır, bildirilir ki, guya dövlət qulluqçusunun etik davranış qaydalarını pozduqlarına görə 23 nəfər barəsində intizam tədbiri görülüb.
Bununla əlaqədar komitə aşağıdakıları bildirib:
“2010-cu ildə hesabat və icracılıq intizamı sahəsində yol verdikləri nöqsanlara görə (hesabatları səhvlərlə, yaxud gecikmələrlə təqdim etdiklərinə görə) yerli statistika orqanlarının 23 işçisi haqqında müxtəlif intizam tədbirləri görülüb, onlardan 15 işçiyə töhmət verilib, 5 nəfər rəhbər işçinin əmək haqqı müxtəlif müddətlərə 30 faiz azaldılıb, 3 nəfərin fəaliyyəti kollegiyada geniş müzakirə edilərək işlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunub. Hesabatların təqdim olunmasında və icraçılıq intizamı sahəsində nöqsanlara yol verən işçilər haqqında intizam tədbirlərinin həyata keçirilməsi gələcəkdə də davam etdiriləcək”.


Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu