Modern.az

9-cuların sınaq imtahanlarının cavabları açıqlandı

9-cuların sınaq imtahanlarının cavabları açıqlandı

18 Fevral 2011, 12:33

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində sınaq (yoxlama) imtahanlarına start verib. Modern.az saytının məlumatına görə, 2011-ci ilin ilk sınaq imtahanları fevralın 12-13-də Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin 11-ci və 9-cu sinifləri üzrə keçirilib. 11-ci siniflərin imtahan cavabları bir neçə gün öncə açıqlanmışdı. Bu gün isə 9-cuların nəticələri elan olunub.

Fevralın 13-də Bakı şəhərinin ümumtəhsil ocaqlarında 9-cu siniflərdə keçirilmiş sınaq imtahanlarının nəticələri bu gün Təhsil Nazirliyinin internet saytında yerləşdirilib. Şagirdlər kodlarını daxil etməklə cavabı öyrənə biləcəklər. Nəticələr saytın soldan aşağı hissəsində "Yoxlama imtahanının nəticələri" yazılmış bölmədə yerləşdirilib.
İmtahanın nəticələrini bu linkdən də öyrənmək olar: //exam.edu.gov.az/

Xatırladaq ki, imtahanlar test üsulu ilə keçirilib. 9-cu sinif şagirdləri 1 saat 30 dəqiqə ərzində iki fənndən imtahan olunublar. Onlar ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla, cəmi 50 suala cavab veriblər.

Nazirlikdən bildirilib ki, 13 fevral tarixlərində Bakı şəhərində 36085 nəfər doqquzuncu sinif şagirdi 74 mərkəzdə yoxlama imtahanına cəlb olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir