Modern.az

Prezident İlham Əliyev BDU-nun yubiley mərasimində iştirak edib

Prezident İlham Əliyev BDU-nun yubiley mərasimində iştirak edib

2 Noyabr 2009, 14:17

Noyabrın 2-də Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxunub.
Sonra Prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlət başçısı ali təhsil müəssisəsinin ölkəmizin həyatında oynadığı roldan danışıb, BDU-nun tarixi xidmətlərini xüsusi vurğulayıb.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu xatırladıb. Rektor universitetin yaranmasından, keçdiyi şərəfli tarixi yoldan və bugünkü vəziyyətindən danışıb.
A.Məhərrəmov bildirib ki, universitetin Elmi Şurası Prezident İlham Əliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Sonra İlham Əliyevə fəxri doktorluq mantiyası təqdim olunub.
Tədbirdə Moskva Dövlət Universitetinin, Türkiyənin Atatürk Universitetinin, Tbilisi Dövlət Universitetinin, Tehran Universitetinin və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektorları çıxış edərək təbriklərini çatdırıblar.
Mərasimdə Rusiya, Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrdən gəlmiş 50-dan çox alim, elm xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir