Modern.az

Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin 12 əməkdaşına cinayət işi açıb

Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin 12 əməkdaşına cinayət işi açıb

Ölkə

18 Fevral 2011, 18:46

Fevralın 18-də Fövqəladə Hallar Nazirliyində (FHN) 2010-cu ildə görülən işlər və 2011-ci ildə qarşıda duran məsələlərə həsr olunmuş  kollegiya iclası keçirilib.

Modern.az-ın məlumatına görə  Fövqəladə Hallar naziri,  general-polkovnik Kəmaləddin Heydərov 2010-ci il ərzində görülmüş işlər barədə məlumat verib, həlli vacib məsələlər, qarşıda duran vəzifələrdən danışıb.

Kəmaləddin Heydərov şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən həyata keçirilən tədbirlər barəsində də danışıb.

Nazir qeyd edib ki, 2010-cu ildə onlara daxil olmuş 58 müraciət nazirliyin əməkdaşlarının qanunsuz hərəkətləri barədə olub, bu müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılıb:

“Həmin müraciətlər, eləcə də daxil olmuş əməliyyat məlumatları əsasında aparılmış araşdırmalar zamanı cinayət xarakterli hallar aşkar edilib. 15 material hüquq-mühafizə orqanlarına, əsasən, Respublika Baş Prokurorluğuna göndərilib, həmin materiallar əsasında 12 nəfərə  cinayət işi başlanıb. Həmin cinayət işlərindən 4-ü nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri ilə bağlı olub, 2 cinayət işi üzrə istintaq başa çatıb və nazirliyin 4 əməkdaşı məhkum olunub. Bundan başqa, 2010-cu ildə aparılan  araşdırmaların nəticəsi olaraq Nazirliyin 48 əməkdaşı barədə intizam tənbehləri görülüb, onlardan 18 əməkdaş işdən xaric edilib, 2 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 əməkdaş vəzifəsindən azad edilib, 24 əməkdaş barəsində isə digər intizam tənbehləri tətbiq edilib”.

K.Heydərov  onu da bildirib ki, özünü FHN-nin əməkdaşı və ya nazirliyin vəzifəli şəxslərinin yaxın adamları kimi təqdim edərək nazirliyə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq onlardan pul alan  şəxslər barəsində də cinayət işi açılıb

Kəmaləddin Heydərov  sonda  onuda bildirib ki, korrupsiya hüquq pozmalarının aşkar edilməsi və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması işi FHN-nin daim diqqət mərkəzində olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü