Modern.az

Deputat seçicilərinə kömək ediləcəyini bildirib

Deputat seçicilərinə kömək ediləcəyini bildirib

Parlament

19 Fevral 2011, 22:47

Milli Məclisinin deputatı Əli Məsimli 17 fevral tarixində Şəki şəhər İcra Hakimiyyətinin başçısı M.Q.Cabbarlının 2010-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında iştirak edib. Modern.az-a deputatın ofisindən verilən məlumata görə, millət vəkili Şəki rayonunun Oxud kəndində seçicilərlə də görüşüb, kəndə qaz verilişinin bərpası, içməli su və elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında məlumat verib, seçiciləri narahat edən məsələlərə münasibət bildirib, onların müraciətlərini dinləyib. Görüş zamanı qaldırılan problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsi və onların həllinin sürətləndirilməsi istiqamətində lazımi addımların atılacağını qeyd edib.   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir