Modern.az

Qarşıdakı üç gündə paytaxta yağış yağacaq

Qarşıdakı üç gündə paytaxta yağış yağacaq

2 Noyabr 2009, 16:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, səhər zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 8-13 m/s, günün ikinci yarısında şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, axşama doğru arabir 16-18 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 11-13, gündüz 15-18 dərəcə isti təşkil edəcək.
Modern.az Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, noyabrın 4-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir qısamüddətli yağış yağacağı, səhər zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gecə və səhər arabir 16-18 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 9-12, gündüz 13-15 dərəcə isti olacaq.
Noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, günün ikinci yarısında şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, arabir 15 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 14-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 3-də arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 16-19, dağlarda gecə 3-7, gündüz 10-14 dərəcə isti təşkil edəcək.
Noyabrın 4-5-də tarixlərində axşam və gecə saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 14-17, dağlarda gecə 3-6, gündüz 9-13 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoz yaxın günlərdə Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü meteohəssas insanlarda nisbətən narahatlıq hissi yarada bilər.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir