Modern.az

Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadze barədə film çəkilib

Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadze barədə film çəkilib

Mədəni̇yyət

2 Noyabr 2009, 17:04

Gürcüstanın Kvemo-Kartli Quberniyasının İqtisadi Sosial İnkişaf Fondu “Babək” təşkilatının maddi dəstəyi ilə Azərbaycan, Türkiyə və Gürcüstanın sabiq dövlət başçılarının fəaliyyətindən bəhs edən sənədli film hazırlayıb.

Modern.az xəbər verir ki, bu barədə noyabrın 2-də Bakıda keçirilən mətbuat konfransında mıllət vəkili Nazim Məmədov məlumat verib. Onun sözlərinə görə, filmdə hər üç prezidentin fəaliyyəti, xüsusilə də SSRİ dağılandan sonra Azərbaycan və Gürcüstanda baş verənlər, qarşıya çıxan çətinliklərin həlli ilə bağlı Heydər Əliyev və Eduard Şevardnadzenin gördüyü işlər nümayiş etdirilir.

“Caspian Plaza”da keçirilən mətbuat komfransında “Babək” təşkilatının təsisçisi Füzuli Məmmədov və qurumun prezidenti Afdandil Margiani qeyd ediblər ki, Kvemo-Kartli Quberniyasında, Gürcüstan-Azərbaycan yolunun üstündə Albanlara məxsus Qala kompleksi tikiləcək. Bu kompleks mərhum Prezident Heydər Əliyevin xatirəsinə həsr ediləcək.

Onlar Gürcüstandakı azərbaycanlılara dəstək olduqlarına görə, Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Deputat Nazim Məmmədov isə qeyd edib ki, Azərbaycan rəhbərliyi xaricdəki soydaşlarımızla bağlı böyük işlər görür və bu, Dünya Azərbaycanlılarının həmrəyliyinə hesablanıb: “Bu cür layihələrin gerçəkləşdirilməsi Gürcüstandakı soydaşlarımızın yaşadıqları mühitə inteqrasiyasında mühüm rol oynayacaq. Bu işdə QHT-lər fəal olmalıdırlar”.

Tədbirdə bildirilib ki, “Gürcüstan Film”in çəkdiyi “Svanlar” filmi qurumun prezidenti Djaçvili tərəfindən Heydər Əliyev Fonduna hədiyyə olunacaq. Deputat Nazim Məmmədov deyib ki, bu filmə baxandan sonra Gürcüstanla Azərbaycan yalnız coğrafi baxımdan deyil, xalqlarımız mədəniyyət, tarix və sair baxımdan da çox yaxındırlar.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?