Modern.az

“Hərbi hissəmizdə baş verən məlum faciə düşməni fəallaşdırıb”

“Hərbi hissəmizdə baş verən məlum faciə düşməni fəallaşdırıb”

Ölkə

22 Fevral 2011, 14:02

Modern.az saytının məlumatına görə, bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri,  polkovnik-leytenant Eldar Sabiroğlu bu gün yayılan açıqlamasıda deyib. Onun sözlərinə görə, fevralın 20-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş verən qanlı insidentdən sonra düşmən tərəfi bir qədər fəallaşıb.

Açıqlamada bildirilib ki, dünən və bu gün Ermənistan silahlı bölmələrinin aramsız olaraq atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, biri isə yaralanıb.

Xatırladaq ki, fevralın 20-də baş verən silahlı insident zamanı 7 əsgər dünyasını dəyişib və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır