Modern.az

"Azərbaycan Dəmir Yolları" QSC də korrupsiyaya qarşı mübarizəyə başladı

"Azərbaycan Dəmir Yolları" QSC də korrupsiyaya qarşı mübarizəyə başladı

Ölkə

22 Fevral 2011, 16:16


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) "qaynar xətt" yaradılıb. Bu barədə məlumat Modern.az-a qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov verib. O, bildirib ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2011-ci il yanvarın 27-də keçirilmiş geniş iclasında verilmiş tapşırıqlarların icrası ilə əlaqədar, eyni zamanda dəmir yolunda zəruri təhlükəsizlik tədbirlərinin daha da genişləndirilməsi məqsədilə belə bir xidmət yaradılıb.

Vətəndaşlar dəmir yolunda qarşılaşdıqları hər hansı neqativ hal barədə 24 saat fəaliyyətdə olan "qaynar xətt"ə (499-49-38) məlumat verə bilərlər.

Şikayətçilər eyni zamanda «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin www.railway.gov.az internet saytındakı «Bizimlə əlaqə» bölməsi vasitəsilə  ([email protected]) əlaqə saxlaya bilərlər. 

  
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü