Modern.az

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Bakıya gəlib

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Bakıya gəlib

Təhsil

2 Noyabr 2009, 17:54

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı, ordu generalı İşık Koşaner noyabrın 2-də Azərbaycana səfərə gəlib. Jurnalistlərə açıqlamasında ordu generalı Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələri arasında hərbi əlaqələri qiymətləndirib: “Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlıq zaman-zaman davam edəcək, daha da möhkəmlənəcək”.
İ.Koşaner bildirib ki, səfər Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin rəsmi dəvəti ilə baş tutub və tanışlıq məqsədi daşıyır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ordu generalı Bakıda bir sıra görüşlər keçirəcək. Səfər zamanı iki ölkə arasındakı hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir