Modern.az

Vergilər Nazirliyi Vergi Auditi Departamentinin rəisi barədə məlumata münasibət bildirdi

Vergilər Nazirliyi Vergi Auditi Departamentinin rəisi barədə məlumata münasibət bildirdi

Ölkə

23 Fevral 2011, 11:40

Mətbuat Vergilər Nazirlyi yanında Vergi Auditi Departamentinin rəisi Habil Məmmədovun vəzifəsindən kənarlaşdırılması və həbs olunması barədə məlumat yayıb. Bundan başqa, onun həbsdən azad edilərək ev dustağına çevrilməsi barədə də informasiya dərc olunub.

Vergilər Nazirliyi Analitik İnformasiya Mərkəzindən isə Modern.az saytına bildirildi ki, Habil Məmmədov əmək məzuniyyətindədir. Lakin mərkəzdən Vergi Auditi Departamentinin rəhbərinin işdən çıxarılması, ev dustağı olması barədə məlumatların yalan və ya doğru olduğuna münasibət bildirilmədi. Buna səbəb kimi isə medianın onların açıqlamalarını hər zaman səhv başa düşdüyü göstərildi.

“Bir neçə dəfə biz səhv anlaşılmazlıqlarla bağlı nazirliyin münasibətini bildirdik. Amma yenə bizim məlumatları düzgün qeyd etmədilər. Ona görə artıq heç bir məsələyə münasibət bildirmirik. Sadəcə onu deyə bilərik ki, Habil Məmmədov əmək məzuniyyətindədir”.

Autən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir