Modern.az

Novruz bayramında 9 gün iş olmayacaq

Novruz bayramında 9 gün iş olmayacaq

23 Fevral 2011, 13:27

Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, hökumətin qəbul etdiyi qərara əsasən, martın 20-dən 24-dək rəsmi bayram günləridir. Martın 20-si bazar gününə düşdüyündən, martın 25-i qeyri-iş günü hesab olunur.
Təqvimə əsasən, martın 26-sı şənbə, 27 -i isə bazar günləridir. Beşgünlük iş həftəsi olanlar 9 gün -  martın 19-dan 27-dək işləməyəcəklər. Altıgünlük iş həftəsi olanlar 8 gün -  martın 20-dən 27-dək işləməyəcəklər
Bununla da Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycanda 9 gün qeyri-iş günü sayılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?