Modern.az

Mərkəzi Qan Bankı Azərbaycanda ən az tapılan qan rezuslarını açıqlayıb

Mərkəzi Qan Bankı Azərbaycanda ən az tapılan qan rezuslarını açıqlayıb

Ölkə

24 Fevral 2011, 13:35

Mərkəzi Qan Bankında tədarük olunan donor qanının xəstələrə satılmasına dair müxtəlif məlumatlar səsləndirilir. Hazırda bu tibb müəssisəsində vəziyyət necədir? 

“Bu gün Azərbaycanda qana tələbat azalıb, donorlarn sayı isə çoxalıb”. Bunu Modern.az saytına açıqlamasında Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva bildirib. Baş həkim bunu səhiyyə nazirin son göstərişləri ilə əlaqələndirib.

“Donorların çox olmasının digər səbəbi isə Qan Bankına olan inamın artımıdır. Bundan başqa, donorlar əvvəllər verdikləri qanın kimə vurulacağı barədə məlumatsız idilər. Amma indi elə şərait yaradılıb ki, hər bir qan verən donor tam şəkildə onun qanının hansı xəstəyə vurulacağı barədə məlumat əldə edə bilər”.

P.Hacıyeva onu da bildirib ki, təxminən 6 ay bundan əvvəl Mərkəzi Qan Bankında rəhbərlik dəyişilib və hər şeyə nəzarət güclənib.

“Əvvəllər xəstələr üçün qan tələb olunanda o satılır və yoxlanmırdı, bilinmirdi qan doğurdan da xəstəyə vurulub, yoxsa harasa aparılıb. Amma indi nazirliyin göstərişi ilə xüsusi qrup yaradılıb. Bizə hər hansı bir xəstəxana tərəfindən məktubla müraciət olunursa filan qan qrupu lazımdır, onda biz həmin qanı veririk. Amma o qanın hansı xəstəyə vurulacağı da təqib olunur. Ona görə də burada artıq qanın başqa yollarla yoxa çıxması məsələsi yoxdur”- deyə baş həkim əlavə edib.

Pərvanə Hacıyeva Azərbaycanda az tapılan qanların hansı rezusdan olduğunu da açıqlayıb.

“Azərbaycanda “- 4” və “- 1” rezuslu qanlar az tapılır. Bununla belə, bu qan qruplarına olan təlabat da azdır”.

Azərbaycanda hazırda qana ən çox ehtiyacı olan xəstələr taıassemiyalı və hemofiliyalı insanlardır.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?