Modern.az

Vahid Əhmədov: “Büdcəyə dəyişiklikdə sosial məsələlərə, investisiyaya diqqət artırılmalıdır"

Vahid Əhmədov: “Büdcəyə dəyişiklikdə sosial məsələlərə, investisiyaya diqqət artırılmalıdır"

25 Fevral 2011, 13:17

Maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında 2011-ci ilin büdcəsinə dəişikliklər ediləcəyini bildirib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da Modern.az-a açıqlamasında 2011-ci ilin büdcəsinə ilin ikinci yarısında dəyişiklik ediləcəini istisna etməyib:
“Hələ 2011-ci ilin büdcəsi müzakirə olunarkən mən bunu demişdim. Çünki bizim büdcədə neftin 1 barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Ancaq mən o zaman çıxışımda bildirdim ki, 2011-ci ildə neftin qiyməti yüksək olacaq. Hesab edirəm ki, hadisələr bu şəkildə inişaf etsə, neft ixracı ilə məşğul olan ölkələrdə qarışıqlıq dayandırılmasa, neftin barelinin qiyməti 200 dollara da qalxa bilər”.

Deputat təklif edib ki, neftin qiymətinin artımı hesabına büdcəyə ediləcək dəyişikliklərdə sosial məsələlər, investisiya qoyuluşu xüsusilə diqqətdə olmalıdır.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü