Modern.az

“Ərəb sunamisi” Rusiyaya yaxınlaşır...

“Ərəb sunamisi” Rusiyaya yaxınlaşır...

Ölkə

25 Fevral 2011, 16:48


Bu ilin əvvəllərində ərəb ölkələrində başlayan etiraz dalğaları indi bütün dünyanın diqqətindədir. Bütün dünyanın gündəminə çevrilən bu olaylar planetin hər bir sakini tərəfindən izlənilir.
Maraqlı orasıdır ki, ABŞ-ın nüfuzlu təşkilatlarından birinin 15 ölkədə apardığı rəy sorğusunda məlum olub ki, məsələyə münasibət sərgiləyən insanlar bu hadisənin öz ölkələrinə təsirsiz ötüşməyəcəyini bildiriblər.
Bir sıra ekspertler də bu düşüncədədirlər ki, ərəb dünyasında baş verənlərin ən böyük dalğası Rusiyanı vuracaq.
Hətta Rusiya rəhbərliyinin bu məsələdən xüsusilə narahat olduğu və qabaqlayıcı tədbirlərə əl atdığı qeyd edilir.
Ekspertlər Rusiya prezidentinin ölkəsində rüşvət alan məmurun bunun 100 mislində cərimələnəcəyi barədə imzaladığı sənədi, bir sıra yüksək çinli məmurların, generalların işdən atılmasını qabaqlayıcı tədbirlər silsiləsi kimi qiymətləndirirlər.

Bü gün Rusiya prezidenti Medvedev Tatarıstan Respublikası daxili işlər nazirinin müavini general-mayor Yevgeni Davletşin, Çelyabinsk Vilayət Baş Daxili İşlər İdarəsinin rəis müavini general-mayor Vyaçeslav Doksov, Moskva Şəhər Baş Daxili İşlər İdarəsi rəisinin birinci müavini general-mayor Aleksandr İvanov, Stavropol Diyar Baş Daxili İşlər İdarəsinin rəis müavini general-mayor Mixail Kabanov, Ural Federal Dairəsi Baş Daxili İşlər İdarəsinin rəisi general-leytenant Vladimir Kuçerov, Daxili İşlər Nazirliyinin baş inspektoru general-mayor Valeri Matyuşin, Udmurtiya Respublikasının daxili işlər naziri, general-mayor Valeri Sosnovski, Nenets Muxtar Mahalı Baş Daxili İşlər İdarəsinin rəisi polkovnik Sergey Şkedi işdən kənarlaşdırıb. O, eyni gündə Kamçatkanın qubernatoru Aleksey Kuzmitskini də tutduğu postdan azad edib.

Ancaq müşahidəçilər belə addımların Rusiyanı ərəb sunamisindən hifz edəcəyinə şübhə edirlər. Yaxın iki ayda Rusiyanın qarıçacağını söyləyənlər də var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır