Modern.az

Daha iki türmənin şöbə rəisi işdən çıxarıldı

Daha iki türmənin şöbə rəisi işdən çıxarıldı

Ölkə

26 Fevral 2011, 17:34

Penitensiar xidmətdə nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Bir neçə gün öncə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilən general-mayor Mədət Quliyev “təmizləmə” işlərini dabam edtdirir.

Belə ki, M.Quliyevin əmri ilə 9 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin rəisi, ədliyyə mayoru Həsənov Elçin Bahəddin oğlu xidməti vəzifələrinin icrası zamanı ciddi qanun pozuntularına yol verdiyinə və ədliyyə orqanları əməkdaşlarının etik davranış qaydalına əməl etmədiyinə görə tutduğu vəzifəsindən azad edilərək ədliyyə orqanlarından xaric edilib. Modern.az-ın məlumatına görə, bu barədə Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Xəbərdə bildirilir ki, 16 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat-rejim işləri üzrə rəis müavini ədliyyə mayoru Məmmədov Mayıl Bəhram oğlu da qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirmədiyinə, qulluq etikası qaydalarına əməl etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, iki gün öncə Mədət Quliyevin əmri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin qeydiyyat bölməsinin rəisi ədliyyə mayoru Rəhimov Rəfael Ağarəhim oğlu da xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara və ədliyyə orqanlarında qulluqla bir araya sığmayan əməllərə yol verdiyi üçün tutduğu vəzifəsindən azad edilərək ədliyyə orqanlarından xaric edilmişdi.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır