Modern.az

Mobil telefonların satışı artacaq

Mobil telefonların satışı artacaq

3 Noyabr 2009, 13:17

Dünya üzrə mobil telefonların satış həcmi 2009-cu ilin 4-cü rübündə 3% artaraq 300 milyonu keçəcək. Ötən ilin həmin dövründə bu göstərici 294 milyon olub. Bu məlumatlar Strategy Analytics təşkilatının hesabatında qeyd olunub.

Xatırladaq ki, 3-cü rüb ərzində mobil telefonların satışı 2008-ci ilin həmin dövründəki 304 milyona qarşı 4%, 291 milyonadək enib. Bu zaman analitiklər qeyd edirlər ki, ötən rübə nisbətən satış həcminin azalma tempinin zəifləməsi bu sahənin bərpa olunmasına doğru getməsi deməkdir. 4-cü rübdə satış həcminin artmasını mobil telefonlar bazarında enmənin sonu hesab etmək olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir