Modern.az

İlham Əliyev və Mehriban Əliyeva xizək sürdülər (FOTOLAR)

İlham Əliyev və Mehriban Əliyeva xizək sürdülər (FOTOLAR)

Ölkə

27 Fevral 2011, 18:54

st1:*{behavior:url(#ieooui) } Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 27-də Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər. (AzərTAc). Burada onlara məlumat verilib ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılıb. Dövlət başçısının Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir. Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar yerinə yetirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədi ilə işə salıb. Azərbaycan Prezidenti və xanımı lift bazasının anbarı ilə də tanış olublar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xizək sürüblər. Dövlət başçısı idmanın və turizmin inkişafı istiqamətində həyata keçirilən geniş infrastruktur layihələrindən biri olan Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Sonra Prezident İlham Əliyev inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirib. İnşaatçılar görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat veriblər. Azərbaycan Prezidenti layihənin ikinci fazasının həyata keçirilməsi ilə bağlı inşaatçılara müvafiq tapşırıqlarını verib. Modern.az 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır