Modern.az

Məleykə Abbaszadə ali məktəblərə qəbuldan danışıb

Məleykə Abbaszadə ali məktəblərə qəbuldan danışıb

28 Fevral 2011, 12:56


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün 2011/2012-ci tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul qaydalarına həsr olunmuş mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, M.Abbaszadə bildidb ki, cari ildə ali məktəblərə qəbul bütün ixtisas qrupları üzrə Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində keçiriləcək.
TQDK sədrinin sözlərinə görə, bu il Lənkəranda yalnız bir ixtisas qrupu üzrə imtahanın keçirilməsi nəzərdə tutulub.

“Gələn il burada da imtahanlar bütün qruplar üzrə keçiriləcək. Bundan əlavə, daha bir regionda imtahanın keçirilməsi planlaşdırılır. Ola bilsin ki, Şəkidə birinci ixtisas qrupu üzrə imtahan keçirilsin. Amma hələ dəqiq deyə bilmərəm ki, burada imtahan hansı qrup üzrə olacaq”.

Tələbə qəbulu həmişəki kimi internet vasitəsi ilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsi ilə abituriyentin elektron ərizəsini dolduraraq, onları sənəd qəbulu komissiyalarına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirməlidirlər.
M.Abbaszadə bildirib ki, bu il ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda yeganə yenilik abituriyentlərə fənlər üzrə açıq testlərin təqdim edilməsi ilə bağlı olacaq. Onun sözlərinə görə, TQDK 2011-ci il qəbul imtahanlarında açıq tipli test tapşırıqlarından istifadə etməyi razılaşdırır.

Komissiya sədrinin sözlərinə görə, rezidenturaya qəbul qaydaları və proqramının açıqlanması mart ayının sonuna planlaşdırılıb. Bundan başqa, magistratura üzrə ixtisas seçimində yeni ixtisasların əlavə edilməsi nəzərdə tutulub.

M.Abbaszadə bildirib ki, ali məktəblərə qəbul qaydalarının artıq “Abituriyent” jurnalının birinci sayında dərc olunub.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu