Modern.az

Qərib Məmmədov deyir ki, 15 ildə 300 kilometr “düzəlib”

Qərib Məmmədov deyir ki, 15 ildə 300 kilometr “düzəlib”

28 Fevral 2011, 15:27

Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin təxminən 300 km hissəsi hər iki tərəfin müvafiq dövlət komissiyaları tərəfindən razılaşdırılıb. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov hakim partiyanın rəsmi saytına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, sərhədin qalan hissələrində hər iki ölkənin ekspertləri tərəfindən torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi, arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, hər iki dövlət arasında sərhəddin uzunluğu 480 km təşkil edir. Delimitasiya ilə bağlı işlər 1996-cı ilin dekabr ayından bu günədək davam edir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü