Modern.az

Şabranda piyadanı vurub qaçan sürücü tutulub

Şabranda piyadanı vurub qaçan sürücü tutulub

6 Noyabr 2016, 21:39

Bakı-Quba yolunun Şabran ərazisindən keçən hissəsindəki körpünün yaxınlığığında tapılan meyitin kimliyi məlum olub. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində ölən şəxsin Şabran şəhər sakini, 37 yaşlı Nazim Nizam oğlu Soltanov olması məlum olub.

 

Şabran polisi onu avtomobillə vurub qaçan sürücünün kimliyini də müəyyənləşdirib. Bu, Bakının Qaradağ rayon sakini, 32 yaşlı Fərid Aslan oğlu Qasımovdur.

 

O, idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Bakı-Quba yolunda hərəkət edərkən piyada Nazim Soltanovu vuraraq hadisə yerindən qaçıb. Artıq piyadanı vurub qaçmış sürücü Fərid Aslan oğlu Qasımov istintaqa cəlb edilib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır