Modern.az

AİB sədri “Rusiya malları”nı "vurdu": "Keyfiyyətsizdir!"

AİB sədri “Rusiya malları”nı "vurdu": "Keyfiyyətsizdir!"

7 Noyabr 2016, 10:28

İllərdir azərbaycanlıların beynində bir “Rusiya malı” brendi formalaşıb. Bunu istər dərman pereparatlarına, istər geyimlərə, istərsə də ərzaq məhsullarına şamil etmək olar. Böyük çoxluq Rusiya istehsalı olan məhsulların keyfiyyətinə gözüyümlü “söz ola bilməz” deyir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, Rusiyada yerli istehlak üçün nəzərdə tutulan malların keyfiyyəti Azərbaycana idxal edilən malların keyfiyyətindən çox yüksəkdir:

“Rusiya və digər ölkələrdən idxal edilən mallara baxanda yerli mallar daha keyfiyyətlidir. Çünki mal-məhsulun uzun müddət yol gəlməsi, istiyə, soyuğa davamlı olması üçün tərkibinə çox sayda kimyəvi maddələr vurulur.
Baxmayaraq onların paketlənməsi, dadı, qoxusu cəlbedicidir, qidalılığı, insan orqanizminə zərəri çoxdur”.

 

Hüquq müdafiəçisi ölkə başçısının məsələ ilə bağlı göstərişlərinə də dəstək verib:

 

“Hesab edirəm ki, birmənalı şəkildə prezidentin çağırışına dəstək olmaq üçün yerli mallara üstünlük verilməli və onların brendi yaradılmalıdır. İstehlakçı hüquqlarında belə bir məsələ var ki, insan doğulduğu yerdən maksimum 500 kilometr radiusda istehsal edilən ərzaqla, məhsulla qidalanmalıdır. Hətta insanın bədənində onun ilk doğulduğu yerdə içdiyi suyun kodları yaşayır. Hamı yerli mal alsın, xeyri vətənə qalsın. Mən əminliklə deyirəm ki, xaricdən ölkəyə gətirilən ərzaq məhsuları insanların fikirlərində formalaşdırdığı kimi keyfiyyətli deyil”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı