Modern.az

Beynəlxalq Bankın bankomatlarındakı problem HƏLL OLUNDU

Beynəlxalq Bankın bankomatlarındakı problem HƏLL OLUNDU

Aktual

7 Noyabr 2016, 11:28

Son günlər Azərbaycan Beynəlxalq Bankının bir çox bankomatlarında vəsaitin olmaması səbəblərinə aydınlıq gətirilib.

 

Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabr ayının ilk günlərində bəzi bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub. Artıq bu gündən problem tam həllini tapıb. Bankın bütün bankomatları inkassasiya edilib.

 

Müştərilər nağdlaşdırma əməliyyatlarını indi Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatında maneəsiz həyata keçirə bilərlər.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür