Modern.az

Müşavirlərindən Trampa yeni QADAĞA

Müşavirlərindən Trampa yeni QADAĞA

Aktual

7 Noyabr 2016, 11:35

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampa “Twitter” səhifəsindən istifadə etmək qadağan olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tampın müşavirləri milyarderin sistematik olaraq mikrobloqunu siyasi rəqiblərinə qarşı istifadə etdiyinə görə müvəqqəti bağlayıblar.

 

Məlumata görə, artıq Donald Tramp öz səhifəsinə nəzarət etmir. Müşavirləri bütün məlumatları hazırlayıb, mətbuata göndərirlər.

 

Xəbərdə Trampın “Twitter”-də izləyicilərinin sayı 13 milyondan çox olduğu da qeyd olunub.

 

 Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu