Modern.az

Ağsu Xəstəxanasında "işıq" problemi həll olunub

Ağsu Xəstəxanasında "işıq" problemi həll olunub

Aktual

7 Noyabr 2016, 11:42

“Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) elektrik enerjisinin verilişi bərpa olunub”.

 

Bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. 

S.Əhmədovanın szölərinə görə, elektrik enerjisinin verilişində yaranan fasilə zamanı xəstəxanada heç bir problem yaşanmayıb:

 

“Generatorlar işlədiyindən xəstəxana əvvəlki qaydada fəaliyyətini davam etdirib. Problemə səbəb bir binadan digər binaya keçid olub. Yeni bina böyük olduğu üçün orada elektrik enerjisinin qənaeti nəzərə alınmayıb və kəsinti olub. Bir az öncə xəstəxana ilə danışdım və orada artıq elektrik enerjisi bərpa olunub”.

 

Noyabrın 5-dən etibarən Ağsu rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisinin verilməsi dayandırılıb.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı