Modern.az

Azərbaycanın gənclər təşkilatları ABŞ-dakı seçkini müşahidə edəcəklər

Azərbaycanın gənclər təşkilatları ABŞ-dakı seçkini müşahidə edəcəklər

7 Noyabr 2016, 12:06

Noyabrın 8-də Amerika Birləşməş Ştatlarında prezident seçkiləri keçiriləcək. Prezidentlik postu uğrunda əsas mübarizə Respublikaçılar Partiyasından Donald Tramp və Demokratlar Partiyasının namizədi, keçmiş dövlət katibi Hillari Klinton arasında olacaq.

 

Bir müddət öncə  Bakıda səfərdə olan ABŞ-ın Konqress ve prezident  tədqiqatları mərkəzinin təsisçisi Ceyms Thurber Modern.az-a açıqlamasında bildirmişdi ki, ABŞ-da seçkiləri izləmək üçün Azərbaycandan da nümayəndələr də dəvət olunacaq.

 

Bəs ABŞ-dakı seçkiləri izləmək üçün Azərbaycandan kimlər iştirak edəcək?

 

Məsələ ilə bağlı Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə açıqlama verib.

Deputat bildirib ki, ABŞ-dakı seçkiləri izləmək üçün Azərbaycanın gənclər təşkilatları dəvət alıblar.

Asim Mollazadə deyib ki, bu seçkilər dünyada  olduğu kimi bizim üçün də çox əhəmiyyətlidir.

 

“Amma biz əminik ki, ABŞ-ın prezidentinin kim olmağından asılı olmayaraq, Azərbaycan-Amerika tərəfdaşlığı daha da artacaq. Əməkdaşlığımız daha da güclənəcək.

 

O qeyd edib ki, ABŞ-da keçiriləcək seçkiləri izləmək üçün say etibarı ilə nə qədər nümayəndə heyətinin iştirak edəcəyi barədə heç bir məlumatı yoxdur.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi