Modern.az

Bakıda ərəb turistlər yol qəzasında ÖLDÜ

Bakıda ərəb turistlər yol qəzasında ÖLDÜ

7 Noyabr 2016, 12:49

Bakıda ərəb turistlər yol qəzasında həlak olub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə noyabrın 5-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub.

 

Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi