Modern.az

Səməd Seyidov: “ADU-nun diplomları Fransa, Türkiyə və İtaliyada tanınır”

Səməd Seyidov: “ADU-nun diplomları Fransa, Türkiyə və İtaliyada tanınır”

1 Mart 2011, 10:18

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov bildirib ki, hazırda ADU-nun diplomları dünyanın bir çox ölkələrində, o cümlədən Fransa, İtaliya və Türkiyə universitetləri tərəfindən tanınır: “Qeyd edim ki, bu diplomlar birbaşa deyil, yalnız universitetlərası müqavilə əsasında tanınır. Ancaq biz Azərbaycan ali təhsil ocaqlarının verdiyi diplomları dünyada və Avropada tanıtmaq üçün bundan sonrada çox iş görməliyik, öz səylərimizi davam etdirməliyik”.

S.Seyidov daha sonra ADU ilə Böyük Britaniyanın Esseks universiteti arasında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb: “Bizim Esseks universiteti ilə imzaladığımız müqavilə nəticəsində ADU-nun diplomları Avopada tanınacaq. Nəticədə həm tələbələrə iki diplom veriləcək, həm də bu əməkdaşlıq Azərbaycan təhsil sistemində böyük uğurlara gətirib çıxaracaq. Mən hesab edirəm ki, Azərbaycan təhsil sistemində gedən proseslər dünya standartrlarına uyğun səviyyədə təşkil olunur. Bu da öz növbəsində  Azərbaycan diplomlarının dünyada tanınmasında öz töhfəsini verəcək”.


Anar Rüstəmov

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür