Modern.az

Nazirlik mart ayına olan hava proqnozunu verdi

Nazirlik mart ayına olan hava proqnozunu verdi

1 Mart 2011, 14:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mart ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacagı gözlənilir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 1-6, gündüzlər 10-14, bəzi günlərdə 16 dərəcə isti, birinci ongünlükdə isə 4-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 16-19 dərəcə isti, üçüncü ongünlükdə isə 10-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında

Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın sonunda 4-6 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı gecələrdə 4-9 dərəcə şaxta, gündüzlər 5-10, bəzi günlərdə 0-3 dərəcə isti, üçüncü ongünlükdə isə 15 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 41-52 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında

Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-5 dərəcə isti, bəzi gecələrdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12, ayrı-ayrı günlərdə 14-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 19-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında

Orta aylıq temperaturun 2-4 dərəcə isti, ayın əvvəlində 0-3 dərəcə şaxta, ayın sonunda 6-8 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi gecələrdə 2-7 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 1-4, üçüncü ongünlükdə 12-17 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 24-90 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 6-8, üçüncü ongünlükdə isə 9-11 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi gecələrdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13, üçüncü ongünlüyün bəzi günlərində 15-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında
Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, ayrı-ayrı gecələrdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13, üçüncü ongünlüyün bəzi günlərində 14-16 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 59-112 mm) olacağı gözlənilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi