Modern.az

Yeni səfir: “Azərbaycanla İran arasından heç bir siyasi problem yoxdur”

Yeni səfir: “Azərbaycanla İran arasından heç bir siyasi problem yoxdur”

10 Noyabr 2016, 11:52

“Biz xarici və yerli investorlar arasında fərq qoymuruq. Bu günə qədər xarici investorlar İrana 8 milyard dollardan çox vəsait yatırıb. İstər inqilabdan sonra, istər indi İran investorlar üçün çox sərfəlidir”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda keçirilən konfransda çıxışı zamanı İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

 

İran səfiri bildirib ki, bu konfrans hər iki ölkənin qarşılıqlı investisiya yatırımına böyük təsir göstərəcək:

 

“Azərbaycan regionda xarici investisiyaları cəlb etməkdə lider ölkədir. Biz Azərbaycanın bu təcrübəsini öyrənməkdə maraqlıyıq. İranla Azərbaycan arasında dörd böyük müştərək investisiya layihəsi var. Onlardan biri dərman zavodunun tikintisi ilə bağlıdır. 

 

Bununla bağlı artıq hər iki ölkənin başçısı göstəriş verib. Biz Azərbaycanla əməkdaşlıqdan məmnunuq. Azərbaycan və İran arasında heç bir siyasi problem yoxdur. Regionda elə bir ölkə yoxdur ki, prezidentləri son üç il ərzində yeddi dəfə görüşsün”.

 

Səfir söyləyib ki, dekabr ayında İranın Urmiya vilayətinin valisi Azərbaycana, ilin sonuna qədər isə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfər edəcək.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir