Modern.az

Dilqəm Əsgərovun vəziyyəti yaxşı deyil

Dilqəm Əsgərovun vəziyyəti yaxşı deyil

10 Noyabr 2016, 12:04

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan girovlara baş çəkib. Bu haqda məlumat verən qurumun Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, onlardan ailələri üçün məktublar alınıb, eyni zamanda onların məktubları ailələrinə çatdırılıb.

 

Məsələ ilə bağlı erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a atasının yazdığı məktub barədə məlumat verib. O deyib ki, atasının öz qardaşına yazdığı məktub onlara çatıb:

 

“Məktubda vəziyyətinin yaxşı olduğunu deyib, hamıya salam göndərib. Yazmaqla deyil ki, onsuz vəziyyətinin yaxşı olmadığını hamımız bilirik. Erməni əlində olan bir insan necə yaxşı ola bilər?”

Hazırda Şəmkirdə yaşayan K.Əsgərov atasının ona yazdığı məktubu hələ ala bilmədiyini açıqlayıb:

“Məktub göndərilib, amma hələ mənə çatmayıb. Amma budəfəki məktub əvvəlkindən fərqli olaraq azərbaycanca yazılıb”. 

 

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?