Modern.az

Abbasqulu Nəcəfzadənin yeni dərsliyi işıq üzü gördü

Abbasqulu Nəcəfzadənin yeni dərsliyi işıq üzü gördü

Aktual

10 Noyabr 2016, 12:01

Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli Konservatoriyasının (AMK) profes­soru Ab­basqulu Nəcəfzadə “Etnoorqanologiya” (Bakı, “Ekoprint”, 2016, 304 s.) adlı dərslik hazırlayıb. Modern.az-ın məlumatına görə, kitabın elmi məsləhətçisi xalq artisti, pro­fes­sor Siyavuş Kərimi, elmi redaktoru: sənətşü­nas­lıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Fəttan Xalıqzadə, redaktorları: filologiya üzrə elm­lər doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) və yazıçı, tərcüməçi Rafiq Savalan (Ağa­yev), nəş­riy­ya­tın redaktoru Qumru Şəhriyar (Quliyeva), rəyçilər sənətşünaslıq üzrə elmlər dok­toru, professor Səadət Abdullayeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru, do­sent Lalə Hüsey­no­va­dır.
Kitabın üz qabığında A.Nəcəfzadə bərpa etdiyi çalğı alətlərinin fotoşəkli verilir. Burada Əbdülqadir Marağalının icad etdiyi əlvah, qolça qopuz, yaylı qopuz, ərğənun və kos alətləri öz əksini tapıb.  


Dərslik AMK-nın mövcud tədris proq­ramına uyğun olaraq öl­kə­mi­zin ərazisində istifadə edilən çalğı alət­lə­rinin öyrənilməsi üçün işlənilib. “Etnoorqa­no­lo­gi­ya” ad­lı dərslik əsasən AMK-nın tələbələri üçün nə­­­­zər­də tu­­tul­sa da, bu əsərdən musiqi təma­yül­lü di­gər ali təhsil ocaqlarının (BMA, ADMİU, ADPU, “Xə­zər” Uni­ver­si­teti, BXA və s.) mü­əl­limləri və tə­ləbələri, həmçinin mu­si­qi­şü­nas­lıq, mu­­ğam­şünaslıq, folk­lorşünas­lıq, mə­də­­niyyət və in­cə­sə­nə­­tin di­gər sa­hələ­rin­də fə­a­liy­yət gös­tə­­rən araş­­­dır­ıcılar, ifaçı­lar da faydalana bi­lər­lər.


XXI əsrin ilk illərindən Azərbaycanın təhsil sistemində aparılan bir sıra uğurlu islahatlar ali mək­təb­lərin bakalavr pilləsində ol­du­ğu kimi, magistratura pilləsində də müsbət nəticələr doğurub. Bu ye­niliklər həm dərslik­lə­rin, dərs vəsait­lə­ri­nin, həm də tədris proq­ram­larının hazırlanmasında mü­a­sir me­tod­lardan istifadə olun­­ma­sı­nı tələb edir. Təhsil islahat­la­rı­nın ən mühüm istiqamət­lə­rin­dən bi­ri də yeni dərsliklərin hazırlanıb nəşr olunmasıdır. Bu sahədə gö­rülən iş­lər təqdirə­la­yiqdir. Son illər nəşr edilən onlarca dərslik və dərs vəsaiti məzmunu, tər­ti­ba­tı, ye­ni texnologiyalarla səs­ləş­mə­si baxımından pedaqoji ictimaiyyət tərəfindən razılıqla qarşı­la­nır.


Təqdim edilən bu dərslik AMK-­nın “Mil­­li musiqinin tarixi və nə­­zəriyyəsi” kafedrasında hazır­lan­mışdır. Kitab AMK-da (və digər müvafiq təhsil ocaqlarında) “Et­no­or­qa­no­lo­gi­ya” fənninin daha peşəkar səviyyədə tədrisini təmin edən ey­ni­adlı möv­cud proq­ra­ma (tərtibçi: A.Nəcəfzadə) uyğun ola­raq yazılıb.


Kitabda alət­lərin poetik “arxiv”ini yaratmış Azərbaycan şair­lə­rinin – Qətran Təbrizi (1012-1088), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şir­va­ni (1120-1199), Ni­­zami Gən­cəvi (1141-1209), Möv­lanə Cəlaləddin Rumi (1207-1273), Əvhədi Marağalı (1274-1338), Əssar Təb­ri­zi (1325-1390), Qa­zi Bür­ha­nəddin Sivasi (1344-1398), Mus­tafa Zərir (XIV əsr), Yusif Məd­­da­h (XIV əsr), İmadəddin Nəsimi (1369-1417), Ca­­­han­şah Hə­qi­qi (1397-1467), Şeyx Dədə Ömər Röv­şəni (1407-1487), Hə­bibi (1470-1520), Ne­mə­tullah Kişvəri (1445-1525), Şah İsmayıl Xə­­­tai (1486-1524), Mə­­həmməd Füzuli (1494-1556), Fə­dai Təb­rizi (XVI əsr), Mə­həm­məd Əmani (1536-1610), İskəndər Münşi (1560-1629), Qöv­si Təbrizi (1568-1640), Rüknəddin Mə­­­­sihi (1580-1656), Məhəm­məd­əli Sa­ib Təb­­rizi (1601-1676), Aşıq Valeh (Kərbalayi Səfi Mə­həmməd oğlu, 1729-1822), Qasımbəy Zakir (1784-1857), Se­yid Mir­həm­zə Əfəndi Ni­ga­ri (1805-1885), Aşıq Pəri (1811-1847), Se­yid Əbülqasim Nəbati (1812-1873), Mirzə Məhəmməd Ta­ğı Qumri (1819-1891), Mirzə Mehdi Şü­kuhi (1829-1896), Hacı Əbülhəsən Raci (183l-1876), Seyid Əzim Şir­vani (1835-1888), Molla Məhəmməd Zövi (1843-?), Hə­sənəli­xan Qaradaği (1848-1929), Şəhriyar Şirvani (1852-1915), Hüseyn Cavid (1882-1941), Cə­fər Cab­­barlı (1899-1934), Səməd Vurğun (1906-1956), Mi­ka­yıl Müşfiq (1908-1938), Əhməd Ca­vad (1892-1937), Əliağa Va­hid (1895-1965), Rəsul Rza (1910-1981), Hə­kim Qə­­ni (1918-2008), Məm­mədəli Sail (1919-1983), Bəx­ti­yar Vahab­za­də (1925-2009), Cabir Novruz (1933-2002), Tofiq Bayram (1934-1991) və baş­­qalarının şeirlərinə, eləcə də “Ki­­tabi-Dədə Qor­qud” (VI-VII əsr­lər), “Əhməd Hə­rami” (XIII əsr), “Ko­roğ­lu” (XVI əsr) dastan­la­rı­na istinad edi­lir.


Dərslik xeyli yeni və kifa­yət qədər dəyərli bilgilərlə, o cüm­lə­dən çalğı alətlə­ri­nin müasir tədqi­qat üsullarını həm nəzəri, həm də təcrübi cəhətdən əsaslandıran də­rin elmi-nəzəri faktlarla zən­gin­dir. Kitabda əsasən Dədə Qorqud dövründə is­ti­fa­də olunmuş (qolça qopuz, kos, davul, da­vul­baz, bo­­ru, zurna, dü­dük, çovqan, na­ğara) çalğı alətləri, müasir təd­risə daxil edilən Azər­­baycan çalğı alətləri (tar, kamança, bala­ban, saz, qanun, qaval, Azərbaycan qarmonu) və klassik şairlərimizin əsərlərində adı çəkilən bir neçə çalğı aləti (neyin köndələn növü, ud (bərbət), ərğənun, yaylı tənbur) geniş şəkildə öyrənilir. Sonda bir neçə özənsəsli (idiofonlu) çalğı alətindən (əlvah, çini kasa dəsti, kuzə dəsti, nəlbəki dəsti, laqquti dəsti, zəngi-şütür, zınqırov, qavaldaş, çaharpara, çınqıraq dəsti, qaşığek, musiqili ritm daşları, müsəlləs (üçbucaq), barmaq zili, sinc, xalxal, kaman, şaxşax) də lakonik bəhs olu­nur. Bu za­­man həmin alətlərin ya­ranma tarixi, eti­mo­logiyası, mor­­­­­­­fo­­lo­gi­yası, istifadə yer­lə­ri, di­­­­­apa­zo­nu və s. xüsu­siy­yətləri göz­­­­dən keçirilir, onlar haqqında hər­tə­rəf­li elmi bil­gilər verilir. Dərs­­­lik əsasən AMK-nın “Milli musiqinin tarixi və nəzəriyyəsi” ka­fedrasının (eləcə də digər mu­­siqi təmayüllü ali təhsil müəs­si­sə­lə­ri­nin) “Xalq çal­ğı alət­ləri ifaçı­lı­ğı” və “Solo oxuma” ix­ti­sas­ları üzrə magistr pilləsində təh­sil alan tələbə­lər üçün nə­zər­də tu­tu­lub. Eyni za­man­da əsərdən müvafiq istiqa­mət­də təhsil alan magis­t­rant­lar, as­pi­rantlar, dis­ser­­tant­lar, dokto­rantlar, habelə bir sıra di­gər sahədə çalışan başqa mütə­xəs­sislər də fay­da­­lana bilərlər.


Ümumiyyətlə, bu kitab “Etnoorqanologiya” fənninin tədrisi üçün ali məktəb sis­­temində Azər­­­­baycan dilin­də yazılmış ilk dərs­likdir. Əsər müvafiq ixtisas üzrə magistr pilləsində təhsil alan ali məktəb, eləcə də bakalavr, orta ixtisas məktəblərində, kolleclərdə təhsil alan tələbələr, həm­çinin musiqişünaslığın müxtəlif sahələ­rində çalışan mütəxəssislər üçün kifa­yət qədər yüksək elmi və təc­rübi əhəmiyyət daşıyır. Kitab sərbəst iqtisadiyyatın tələblərinə uy­ğun hazırlanmış bö­yük həcmli dərslik­dir.

 

Elman Eldaroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir