Modern.az

Səhiyyə Nazirliyinin əməkdaşı yanan bina ilə bağlı ifadə verdi

Səhiyyə Nazirliyinin əməkdaşı yanan bina ilə bağlı ifadə verdi

Aktual

10 Noyabr 2016, 12:27

Bakı Ağır Cinayətlər Məhkəməsində  ötən il mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilənlər- Nizami Orucov, Miryusif Mahmudov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Ağacavad Məmmədov, Ələkbər Əsgərov  və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Məlahət Ağasıyevanın ərizəsi məhkəməyə daxil olub.

Hakim onun ərizəsində istintaqa verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib. İfadədə qeyd edilib ki, poliüretanların tərkibində zəhərli maddə olması müəyyən edilib və bu da zəhərlənməyə səbəb olub.

Növbəti məhkəmə prosesi noyabrın 15-nə təyin olunub.

 

2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı