Modern.az

Trampın administrasiyasında əsas postları kimlər tutacaq - ADLAR

Trampın administrasiyasında əsas postları kimlər tutacaq - ADLAR

Aktual

10 Noyabr 2016, 12:36

ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlmiş respublikaçı Donald Trampın komandası onun administrasiyasında müxtəlif vəzifələri tutacaq iddiaçıların siyahısını hazırlayır.

Modern.az saytı xarici mediaya istinadən bildirir ki, bu haqda “The Wall Street Journal” respublikaçıların komandasındakı iki mənbəyə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, baş prokuror postuna indi Trampın yüksək səlahiyyətli müşaviri olan Nyu-Cersi ştatının qubernatoru Kris Kristinin namizədliyi müzakirə olunur.


“Trampın administrasiyasının özəyini Nyu-Yorkun keçmiş meri Rudi Culiani, eləcə də ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç təşkil edə bilərlər. ABŞ-ın səhiyyə naziri və sosial xidmət nazirləri postlarına respublikaçı Bena Karson və Luiziana ştatının qubernatoru Bobbi Cindlanın namizədliklərinə baxılır”, - mənbə deyib.


Yuta ştatının keçmiş qubernatoru Layk Levittin sözlərinə görə, komandanın formalaşdırılması indi prioritet vəzifədir.


“The Wall Street Journal” qeyd edir ki, 2017-ci il yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonrakı ilk günlərdə Tramp ABŞ-ın Trans Sakit okeanı tərəfdaşlığından çıxmağı elan etmək və azad ticarət razılaşmasının bərpasını elan etmək niyyətindədir.

 

Qinqriç “The Wall Street Journal”ın əməkdaşı ilə söhbətində qeyd edib ki, Tramp prezidentliyinin ilk 100 günündə 3-dən 5-ə qədər forum keçirməyə, o cümlədən Meksika ilə sərhədə nəzarəti bərpa etməyə hazırlaşır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı