Modern.az

Deputat bu təşkilata vitse-prezident təyin olundu

Deputat bu təşkilata vitse-prezident təyin olundu

Aktual

10 Noyabr 2016, 13:23

Milli Məclisinin deputatı  Elman Nəsirov  Dünya Azərbaycanlıları Assambleyasının beynəlxalq məsələlər üzrə vitse-prezidenti təyin olunub.

Modern.az xəbər verir ki, bu DAA-nın Prezidenti  Rəşad Quliyevin sərəncamı ilə baş tutub.

 

Elman Nəsirov Göyçay - Ağdaş dairəsinin millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr, insan hüquqları komitələrinin üzvü, habelə AI-Azərbaycan parlamentlərarası əməkdaşlıq  komitəsinin  və Dünya Azerbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət Idarəçilik Akademiyasının Siyasi Araşdırmalar Institutunun direktoru politoloq, siyasi elmler doktorudur.

 

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 06.09.2016 tarixində Almaniya Federativ Respublikasının məhkəmə və ədliyyə orqanları tərəfindən beynəlxalq təşkilat olaraq qeydiyyata alınıb.  Təşkilatın mərkəzi Almaniyanın Köln şəhərindədir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar