Modern.az

Bakıda üzərində 20.000 dollar olan şəxs saxlanıldı

Bakıda üzərində 20.000 dollar olan şəxs saxlanıldı

10 Noyabr 2016, 13:49

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının və pencəyinin ciblərində, əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər