Modern.az

AŞPA-da erməni deputat təxribat yaratmaq istədi, biabır oldu  

AŞPA-da erməni deputat təxribat yaratmaq istədi, biabır oldu   

10 Noyabr 2016, 14:23

 

AŞPA Monitorinq Komitəsinin 9 noyabr 2016-cı il tarixli Paris iclasında “Avropa Şurasına Üzv Dövlətlər arasında Münaqişələrə dair alt komitə”nin missiyası çərçivəsində məruzə müzakirə edilib. Alt komitənin Cənubi Osetiya və Abxaziya, Kiprin şimalı, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, Dnestryanı və Krım, eləcə də aktual hadisələr, şərqi Ukraynaya dair münaqişələrlə məşğul olacağı qeyd edilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib. 

O deyib ki, iclasda Ad-hok alt Komitənin sədri və məruzəçi Ştefan Şennakın çıxışından dərhal sonra Ermənistan nümayəndə heyətinin üzvü Rüstəmyan söz alaraq, məruzədə “Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsinin beynəlxalq razılaşdırılmış tərifə uyğun olmadığını bildirib.

 

“O, bu ifadə formasına hiddətlə etiraz edib. O, bunun “tamamilə qəbuledilməz” olduğunu bildirmişdir. Ermənistan üzrə həmməruzəçi cənab Alan Meale (Birləşmiş Krallıq, SOC) Ermənistan nümayəndəsinin fikrinə dərhal tutarlı dəstək verib.

Cənab Şennak Rüstəmyanın fikrinə qəti etiraz mövqeyindən geri çəkilməyib, lakin ermənistanlı deputat yenidən təkid edərək, komitədə böyük qalmaqal yaradıb.

Monitorinq Komitəsinin sədri Ermənistanın düzəlişini açıq səsverməyə qoymuş və düzəlişi 31 əleyhinə, 3 lehinə olmaqla, rədd edilib.

Məruzəçi cənab Şennakın təklif etdiyi ilkin qərar “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər” ifadəsi ilə birlikdə cəmi bir səs (erməni deputat) istisna olmaqla, yekdilliklə qəbul edilmiş və beləliklə, Rüstəmyan tamamilə təcrid olunmuş, hətta gülünc vəziyyətə düşüb.

Nəticə etibarilə, Azərbaycan Dağlıq Qarabağ və digər ərazilərin silahlı işğalının tanınması uğrunda aparılan beynəlxalq mübarizədə növbəti qələbəsini qazandı!”-deyə E. Süleymanov bildirib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi