Modern.az

Dünya zənginləri Trampa görə 41 milyard dollar itirdi

Dünya zənginləri Trampa görə 41 milyard dollar itirdi

Aktual

10 Noyabr 2016, 14:33

Dünyanın zəngin adamları ABŞ-da keçirilən prezident seçkisində milyarder Donald Trampın qələbə qazanması nəticəsində 41 milyard dollar itiriblər.

 

Modern.az-ın xəbəinə görə,  bu barədə “Bloomberg” agentliyi araşdıma aparıb.

 

Məlumata görə, ən çox itirən Meksikanın varlı adamı Karlos Slim-Eludur. Onun var-dövləti 9,2 faiz, yaxud 5,1 milyard dollar azalıb.

 

Digər meksikalı 10 varlı adamın varidatına 6,5 milyard dollar ziyan dəyib. Həmçinin, Meksika varlıları sırasında 4-cü yerdə olan Yeva Qonda Rivera adlı iş adamı 487 milyon dollar itirib.

 

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edib. 

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir