Modern.az

Deputatlar Serbiyaya gedəcək

Deputatlar Serbiyaya gedəcək

Aktual

10 Noyabr 2016, 14:55

Noyabrın 30-u və dekabrın 1-də Serbiyanın paytaxtı Belqrad şəhərində Qara Dəniz Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assembleyasının (QDİƏT PA) taplantısı olacaq.

 

Bu barədə Modern.az-a Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev məlumat verib. O qeyd edib ki, tədbirdə komitələrin və assembleyanın hesabatı dinləniləcək.

“Quruma Serbiya rəhbərlik edirdi. Bu toplantıda Serbiyanın rəhbərliyi başa çatacaq”.

 

Azərbaycandan həmin toplantıda kimlərin iştirakına gəlincə, Eldar Quliyev bildirib ki, nümayəndə heyətinin bütün üzvlərinin iştirak etməsini çox istərdi. “Çünki bütün komitələrin iclası olacaq. Biz çalışmalıyıq ki, hər bir komitənin iclasında təmsil olunaq. Ona görə də hər bir komitə üzvünün iştirakı vacib məsələdir”.

 

 Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır