Modern.az

Afinada Fransa səfirliyinə qumbara atıldı

Afinada Fransa səfirliyinə qumbara atıldı

10 Noyabr 2016, 15:19

Yunanıstanın paytaxtında iki naməlum şəxs Fransa səfirliyinin yanından motosikletlə keçəndə binaya qumbara atıblar.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, cinayətkarların axtarışına çıxan polislər hələ ki yalnız atıb getdikləri motosikleti tapa biliblər.

 

Hücum nəticəsində səfirliyi mühafizə edən polis yüngül xəsarət alıb. Diplomatik nümayəndəliyin binasına da az ziyan dəyib. Digər xəsarətlərlə bağlı xəbər yoxdur.

 

Fransa səfirliyi Afinanın lap mərkəzindəki Vasilisas Sofias prospektində yerləşir. Ərazi mühasirəyə alındığından hərəkət dayandırılıb. Hücuma görə hələ ki heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.

 

Gələn həftə ABŞ-ın prezidenti Barak Obamanın Afinaya səfəri planlaşdırılır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür