Modern.az

ABŞ-da “rus mafiyası”nın 8 üzvü saxlanıldı

ABŞ-da “rus mafiyası”nın 8 üzvü saxlanıldı

10 Noyabr 2016, 15:22

Amerikanın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşları Nyu-Yorkda “rus mafiyası”nın üzvü olan cinayətkar qruplaşmanın 8 üzvünü yaxalayıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, onlar Rusiyada və keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.

 

Quldurların hamısına bir neçə maddə: narkotik alveri, reketlik, qumar oyunlarının qanunsuz təşkilatçılığı üzrə ittiham elan olunub.

 

Cinayətkarla öz fəaliyyətlərini sakinlərinin çoxu keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olanKoni-Aylend və Brayton-Biç rayonlarında aparıblar.

 

Dəstə üzvləri həm də ABŞ-dan kənarda yaşayan adamlardan yaxınlarını fiziki cəhətdən məhv etməklə hədələyərək pul da alıblar.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI